UNICEF-in sözçüsü Ceyms Elder İsrailin intensiv hücumları və blokadası altında olan Qəzza zolağının uşaqlar üçün “dünyanın ən təhlükəli yeri” olaraq qaldığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder BMT-nin Cenevrə ofisinin həftəlik mətbuat konfransında Qəzzadakı vəziyyətlə bağlı qiymətləndirmələr edib.
“Qəzza zolağı uşaqlar üçün yer üzündə ən təhlükəli yer olaraq qalır”, - ifadəsindən istifadə edərək Qəzzada xidmət edən ən böyük xəstəxana olaraq qalan Xan Yunus şəhərindəki Nasser Xəstəxanasının son 48 saat ərzində iki dəfə hədəfə alındığını bildirib.
Kənan
Sitat.info