ABŞ İrana görə 10 qurum və 4 şəxsə sanksiya tətbiq etdi

12:32 20 Dekabr 2023

ABŞ hökuməti İranın pilotsuz təyyarə istehsalı proqramını dəstəkləyən 10 müəssisə və 4 fiziki şəxsə sanksiya tətbiq edib.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Barələrində sanksiya tətbiq edilən qurumlar İran, Malayziya, Honq-Konq və İndoneziyada yerləşirlər.

Sanksiyaya məruz qalan fiziki və hüquqi şəxslər arasında “Kavan Elektroniks Behrad” şirkətinin İdarə Heyətinin sədri Hüseyn Hatifi Ərdəkani və Müdafiə Nazirliyinin “Saman” Sənaye Qrupu da var.



Xəbər xətti