2024-cü ildən uşaqpulu veriləcək? - Deputat

14:15 20 Dekabr 2023

Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur.

Sitat.info xəbər verir ki, deputat Fazil Mustafa Globalinfo.az-a açıqlamasında uşaqpulu məsələsinin gündəmə gətirilmədiyini bildirib.

“Uşaqpulu” Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir.

Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır”, - o vurğulayıb.



Xəbər xətti