Türkiyə Mərkəzi Bankı dekabrın 21-də uçot dərəcəsini 40%-dən 42,5%-ə qaldıracaq.
Sitat.info xəbər verir ki, bunu türkiyəli iqtisadçı Əlaəddin Aktaş deyib.
“Bu il 42,5% səviyyəsində başa çatacaq. Faiz dərəcəsi dekabrda, ola bilsin, yanvarda eyni məbləğdə 2,5 faiz bəndi artırılacaq, bundan sonra da uzun müddət dəyişməz qalacaq”, - Aktaş bildirib.
Qeyd edək ki, Türkiyə Mərkəzi Bankı noyabrda uçot dərəcəsini 35 faizdən 40 faizə qaldırmışdı.