İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində 25 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Sitat.info xəbər verir ki, Fələstinli Məhbuslar Dərnəyi və Fələstin Azadlıq Təşkilatına (FAT) bağlı Fələstin Əsir İşləri Komitəsindən birgə yazılı açıqlama verilib.
Açıqlamada İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına hücumlarını davam etdirdiyi, eləcə də İordan çayının qərb sahilində fələstinlilərin həbsini artırdığı bildirilib.
Kənan
Sitat.info