Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ölənlərin sayı 131 nəfərə çatıb.
Sitat.info xəbər verir ki, yerli hökumətlərin verdiyi açıqlamaya görə, Qansu əyalətində 113 nəfər, qonşu Qinghai əyalətində isə 18 nəfər ölüb.
Çin Zəlzələ Şəbəkələri Mərkəzi (CENC) bildirib ki, 6,2 bal gücündə zəlzələ dekabrın 18-i gecə yarısınada baş verib, episentri Cishishan Bao'an Donxiang və Salar Muxtar Dairəsində olub.
Kənan
Sitat.info