İsrail Livanın cənub bölgələrini "fosfor bombası" ilə vurdu

19:28 20 Dekabr 2023

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsini ağır artilleriya atəşi, daha sonra isə ağ fosfor bombaları ilə vurub.

Sitat.info xəbər verir ki, AA-nın sərhəd bölgəsindəki müxbirinin verdiyi məlumata görə, İsrail qüvvələri əvvəlcə Livanın Kəfr Şuba və Halta qəsəbələri arasındakı dağlıq bölgəni ağır artilleriya atəşi ilə hədəfə alıb.

Daha sonra İsrail dəfələrlə atdığı sıx ağ fosfor bombaları ilə eyni bölgəni vurub.

Kənan

Sitat.info



Xəbər xətti