NATO ümid edir ki, ABŞ 2023-cü ilin sonuna qədər Ukraynaya yeni yardım paketini təsdiq edə biləcək.
Sitat.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.
O, Kiyevə yardım məsələsinin bu il həll olunacağına ümid etdiyini bildirib.
“Əlbəttə, ABŞ Konqresi Milad bayramına qədər Ukraynaya yeni yardım paketi ilə bağlı qərar qəbul etsəydi, daha yaxşı olardı”, - deyə siyasətçi bildirib.
Nərgiz,
Sitat.info