Lavrov Ceyhun Bayramovla danışdı

19:21 8 Aprel 2022

Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Diplomatlar ikitərəfli münasibətlərin geniş spektrini, o cümlədən bu il fevralın 22-də iki ölkə arasında müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamənin müddəalarının həyata keçirilməsini müzakirə ediblər.

Nazirlər 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixlərində imzalanan üçtərəfli sazişlərin bütün müddəalarının icra vəziyyətini nəzərdən keçiriblər.



Xəbər xətti