Qəzza zolağında atəşkəs və yeni əsir mübadiləsi razılaşması ilə bağlı danışıqlar aparmaq üçün Misirə səfər edən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə paytaxt Qahirəyə gəlib.
İsrail dünən yeni humanitar müdaxiləyə hazır olduğunu elan etdikdən sonra, HƏMAS cəbhəsində veriləcək cavab səbirsizliklə gözlənilir. Hadisələrdən sonra Haniyə Qəzza zolağında atəşkəs və yeni əsir mübadiləsi razılaşması ilə bağlı danışıqlar aparmaq üçün Qahirəyə gəlib.
"Girovlar və əsirlər azad oluna bilər"
Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə İsrail və Fələstin arasında yeni əsir mübadiləsi və atəşkəs razılaşmasına nail olmaq üçün diplomatik səylər davam edir. Həmas Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Misir rəsmiləri ilə görüşmək üçün Qahirəyə gəlib.
Adı açıqlanmayan mənbə bildirib ki, tərəflər yeni atəşkəs razılaşması çərçivəsində Qəzzada saxlanılan girovlardan və İsrail həbsxanalarında olan fələstinlilərdən hansının azad oluna biləcəyini müzakirə edirlər.
Mənbə bildirib ki, İsrail girovlar arasında olan bütün qadın və xəstə kişilərin azad edilməsində israrlıdır və azad ediləcək məhbuslar siyahısında ağır cinayətlərə görə məhkum olunmuş fələstinlilər də ola bilər. Danışıqların gərgin keçdiyini bildirən mənbə bir neçə gün ərzində irəliləyişin əldə oluna biləcəyini qeyd edib.
Məğrur,
Sitat.info