Türkiyədə İYİ Partiyasının sədri Meral Akşener partiyasının İstanbul və Ankarada seçkilər üçün CHP ilə əməkdaşlıq danışıqları aparması ilə bağlı iddialara sərt cavab verib.
Sitat.info xəbər verir ki, Akşener deyib ki, partiyamıza qarşı korporativ əməliyyat var, bu müharibə elanıdır, müharibəyə varam, qəbul edirəm”.
Partiya sədri Meral Akşener CHP və İYİ Partiyasının İstanbul və Ankarada “arxa qapı diplomatiyası” aparması ilə bağlı iddialara sərt cavab verib.
Müzakirələri siyasi partiyanın daxili işlərinə qarışmaq kimi xarakterizə edən Akşener: "Hələlik bunu müharibə elanı kimi qəbul edirəm, varam, buyursunlar!", - deyib.
Kənan
Sitat.info