Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq.
Sitat.info xəbər verir ki, günün ilk matçı Xankəndidə olacaq.
Tarixi oyunda “Qarabağ” I Liqa təmsilçisi MOİK-i sınağa çəkəcək.
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində 30 ildən sonra keçirilən ilk futbol matçı kimi tarixə düşəcək görüş saat 14:00-da başlayacaq.
Artıq azarkeşlər və tanınmış ictimaiyyət və dövlət nümayəndələri Xankəndidədirlər.