İsrailin hücumları öz vətəndaşlarının iqtisadiyyatına da zərbə vurdu

14:33 21 Dekabr 2023

Təl-Əvivin Qəzza qətliamı öz vətəndaşlarını da vurdu. İsrailin Qəzzaya hücumları israillilərin 20 faizinin gəlirini azaldıb. İsrail mətbuatında əksini tapan xəbərə görə, ölkənin demək olar ki, yarısı iqtisadi çətinliklər yaşamaqdan narahatdır.

Sitat.info xəbər verir ki, Təl-Əviv rəhbərliyi dünyanın gözü qarşısında Qəzzada qırğınlar törətməklə yanaşı, israilliləri də yoxsullaşdırır.

İsrail mərkəzli yardım təşkilatı Latet Qəzzaya hücumların İsrail iqtisadiyyatına mənfi təsirləri ilə bağlı hesabat dərc edib.

Məlumatlar hücumların İsrail xalqına vurduğu iqtisadi ziyanı ortaya qoyur.

Kənan

Sitat.info



Xəbər xətti