Hacıqabulda yol qəzası olub, ölən və yaralanan var

16:34 21 Dekabr 2023

Hacıqabul rayonunda baş verən yol qəzasında ölən və yaralanan var.

Sitat.info Reporta istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Onların kimlikləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti