Çinin şimal-qərbində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı 135-ə yüksəlib.
Sitat.info xəbər verir ki, Çinin şimal-qərbindəki Qansu əyalətində bazar ertəsi yerli vaxtla saat 23.59-da baş verən 6.2 bal gücündə zəlzələdə ölənlərin sayı artır. Çin dövlət mediasının məlumatına görə, zəlzələnin hiss olunduğu qonşu Çinxay əyalətində ölənlərin sayı 22-yə yüksəlib. Qansuda 113 nəfərin ÖLÜMÜ ilə zəlzələdə həyatını itirənlərin sayı 135-ə yüksəlib.
Havanın mənfi 10 dərəcə şaxta olduğu Çinxayda axtarış-xilasetmə qrupları itkin düşənləri tapmaq üçün zamanla yarışarkən, zəlzələnin episentri olan Qansu əyalətində axtarış işləri başa çatıb.
Fəlakət qurbanlarının əsas ehtiyaclarını ödəmək üçün zəlzələdən zərər çəkmiş bölgələrə palto, yorğan, portativ çarpayı, quru qida, çadır və soba kimi yardım materialları göndərilib. Qansu əyalətində 113 nəfər həyatını itirib, 782 nəfər yaralanıb, 155 min 393 evə ziyan dəyib.
Məğrur,
Sitat.info