Toyota 1 milyondan çox avtomobilini geri çağırdı

20:43 21 Dekabr 2023

Yapon avtomobil istehsalçısı Toyota-dan pis xəbər gəldi ki, bu da brendin dünya üzrə istifadəçilərini narahat edəcək.

Sitat.info xəbər verir ki, Toyota  təhlükəsizlik yastıqlarının düzgün açılmasına mane olduğu düşünülən sensor nasazlığına görə 1 milyon 120 min avtomobili geri çağıracağını açıqladı.

Şirkətdən verilən yazılı açıqlamada geri çağırılacaq avtomobillər arasında 2020-2022-ci illər arasında istehsal edilən Avalon, Camry, Corolla, RAV4, Lexus ES250, ES300H, ES350, RX350 Highlander və Sienna Hybrid modellərinin olduğu bildirilib. Şirkətin 2024-cü ilin fevral ayından etibarən geri çağırma ilə bağlı avtomobil sahiblərini məlumatlandırmağı planlaşdırdığı bildirilib və lazım gələrsə, hava yastığı sensorlarının pulsuz dəyişdiriləcəyi açıqlanıb.

Geri çağırılacaq avtomobillərin təxminən 1 milyonunun ABŞ bazarına satılan avtomobillər olduğu bildirilib.

Məğrur,

Sitat.info



Xəbər xətti