Türkiyə Milli Müdafiə Nazirliyi (MMN) tərəfindən son bir həftədə ölkədaxili və sərhədyanı əməliyyatlarla 45 terrorçunun zərərsizləşdirilərək il ərzində zərərsizləşdirilən terrorçu sayının 2120-yə çatdığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında Türkiyə Silahlı Qüvvələrinin (TSQ) terrorla mübarizəsinin qətiyyətlə davam etdiyini bildirib.
Aktürk, Kipr Rum terror təşkilatı EOKA-nın 60 il əvvəl bu gün Kipr türklərinə qarşı törətdiyi “Qanlı Milad” kimi tanınan qırğınlarla bağlı deyib: “Qanlı Milad bayramını bir daha qınayır, vəhşi və vəhşicəsinə qətllərlə insanlığa qarşı cinayət törədənləri lənətləyirik".
Seymur Bənnayev
Sitat.info