Universitetdə 15 nəfəri qətlə yetirən tələbə ilə bağlı qan donduran təfərrüat

11:18 22 Dekabr 2023

Çexiyanın paytaxtı Praqada Çarlz Universitetinə silahlı hücumda 15 nəfəri öldürən 24 yaşlı David Kozak keçən həftə Klanoviçki meşəsində 2 nəfəri öldürməkdə şübhəli bilinir.

Sitat.info xəbər verir ki, polis Kozakın 32 yaşlı kişini və onun iki aylıq qızını öldürdüyündən şübhələnir və təcavüzkarın qurbanlarını təsadüfi seçdiyi güman edilir.

Hadisədən sonra hücumun yeni görüntüləri ortaya çıxıb.

Hücumun yeni görüntüləri ortaya çıxıb. Kozakın universitet binasından ətrafdakılara atəş açdığı və təhlükəsizlik qüvvələrinin hücumçuya cavab verdiyi görülüb. Başqa bir videoda isə hücum zamanı bəzi tələbələrin canlarını qurtarmaq üçün binanın pəncərəsindən atıldığı anlar anbaan qeydə alınıb. Təcavüzkarın universitetə ​​hücumdan əvvəl atasını da öldürdüyü məlum olub.

Qeyd edək ki, Çexiya vətəndaşı David Kozakın universitetə hücumu nəticəsində 15 nəfər ölüb, 24 nəfər yaralanıb.



Xəbər xətti