Türkiyəni oyundan KƏNARLAŞDIRIRLAR: Putin vasitəçilik üçün bu ölkənin təklifini QƏBUL ETDİ

20:33 8 Aprel 2022

Ukrayna və Rusiya arasında fevralın 24-də başlayan müharibə 43-cü günündə də davam edir. İndiyədək aparılan sülh danışıqlarında konkret nəticə olmasa da, tərəflər danışıqları davam etdirir.

SİTAT.İNFO xəbər verir ki, ötən həftə İstanbulda Türkiyənin moderatorluğu ilə iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.

Bütün dünyanın gözü bu görüşə çevrilib və tərəflər vasitəçi roluna görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyəyə təşəkkürlərini çatdırıblar. Bundan başqa, Türkiyənin adı Ukraynanın istədiyi qarant ölkələr arasında yer alıb.

Rusiya-Ukrayna müharibəsində atəşkəs səyləri üçün diqqətçəkən başqa bir addım Avropada Rusiyaya ən yaxın ölkələrdən biri olan Macarıstandan gəlib. Macarıstan Baş naziri Viktor Orban bildirib ki, dünən telefonla danışdığı Rusiya Prezidenti Vladimir Putini Ukrayna ilə atəşkəslə bağlı danışıqlar aparmaq üçün Budapeştə dəvət edib. Putinə Macarıstanda Fransa və Almaniya liderləri, eləcə də Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşməyi təklif etdiyini deyən Orban Rusiya başçısının bu təklifə müsbət yanaşdığını, amma bəzi şərtlərinin olduğunu bildirib. (Kaim.az)

Orban Putini dərhal atəşkəs elan etməyə çağırdığını desə də, Rusiya liderinin Zelenski ilə masa arxasında oturmaq üçün hansı şərtləri irəli sürdüyünü açıqlamayıb.

Orban bazar günü ölkəsində keçirilən seçkilərdə növbəti dəfə qalib gəlib.

Lamiyə,

SİTAT.İNFO



Xəbər xətti