Fransa Nigerdəki səfirliyini bağlayır

16:31 22 Dekabr 2023

Fransa ordunun hakimiyyətə keçməsindən bəri diplomatik böhranlar yaşadığı Niameydəki səfirliyini bağlayır.

Sitat.info xəbər verir ki, Fransanın Jeune Afrique internet saytının diplomatik mənbələrə əsaslanan xəbərinə görə, Fransa səfir Silvain İttenin sentyabrın 27-də ölkəni tərk etməsindən sonra Niamey səfirliyini bağlamaq qərarına gəlib.

Səfir İttenin əməkdaşlarına göndərdiyi 19 dekabr tarixli məktubda bildirilib ki,  Nigeriya hakimiyyətinin məhdudiyyətləri səbəbindən səfirlik öz vəzifələrini yerinə yetirə bilməyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti