Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb.
Sitat.info xəbər verir ki, diplomatik mənbələrdən alınan məlumata görə, xarici işlər naziri Hakan Fidan ilə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.
Görüş zamanı Azərbaycan və Ermənistan arasında sülh danışıqları müzakirə olunub.
Görüşdə xarici işlər naziri Fidan sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb.
Məğrur,
Sitat.info