Hindistanın Tamilnadu ştatında güclü yağış daşqınlara səbəb olub. Yaşayış məntəqələrini su bassa da, bəzi yollara ciddi ziyan dəyib.
Sitat.info xəbər verir ki, Hindistanın maliyyə naziri Nirmala Sithraman verdiyi açıqlamada son bir həftədə şiddətli yağış və daşqınlar nəticəsində 31 nəfərin həyatını itirdiyini açıqlayıb.
Sithraman ölənlərin sayının arta biləcəyini ifadə edərkən, indiyə qədər 40 mindən çox çətin vəziyyətdə qalan adamın xilas edildiyini və xilasetmə işlərinin davam etdiyini bildirib.
Yardım işlərində iştirak edən Hindistan Hərbi Hava Qüvvələrinin personalı evlərində çarəsiz qalanlara vertolyotdan qida paketləri atıb.
Meteorologiya xidməti ölkə ərazisinə mövsümi normadan artıq yağıntının daxil olduğunu və yağıntının daha 5 gün davam edəcəyini bildirib.
Məğrur,
Sitat.info