İsrail ordusunun rəsmisi Qəzzada ərzaq qıtlığını inkar edir

18:28 22 Dekabr 2023

İsrail ordusunun rəsmisi blokada və bombardman altında olan Qəzza zolağında qida qıtlığının olmadığını iddia edərək, bölgəyə daxil olan yardımların paylanmamasında humanitar yardım təşkilatlarının məsuliyyət daşıdığını iddia edib.

Sitat.info xəbər verir ki, İsrail ordusuna bağlı Fələstin Ərazilərində Hökumət Fəaliyyətlərinin Koordinasiya Birimi (COGAT) mətbuat turu keçirərək, İsrailin yardımları yoxladığı Kərəm Şalom (Kərəm Əbu Səlim) Sərhəd Qapısında vəziyyətlə bağlı məlumatlandırılıb.

COGAT Koordinasiya İdarəsindən polkovnik Moşe Tetro mətbuat konfransında bildirib ki, hər gün Qəzzaya cəmi 200 yük maşını, Kərəm Şalom Sərhəd Qapısından 80 və İsrail-Misir sərhədindəki Nitzan Sərhəd Qapısından 120 yük maşını göndərilib.

Kənan

Sitat.info



Xəbər xətti