Hücumlarını davam etdirən İsrail daha 76 fələstinlini öldürüb

21:31 22 Dekabr 2023

İsrail ordusu Qəzza zolağının cənubunda Xan Yunis, Rəfah və şimalda Cibaliya şəhərlərinə təşkil etdiyi hücumlarda ən azı 76 fələstinlini öldürüb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail ordusu Qəzza zolağının müxtəlif hissələrinə döyüş təyyarələri, haubitsalar və döyüş katerləri ilə bombardmanlarını davam etdirib.

İsrail ordusunun kəşfiyyat təyyarəsinin Qəzzanın cənubundakı Xan Yunis şəhərindəki Nasser xəstəxanası yaxınlığında fələstinli "Vadi" ailəsinin üzvlərinin yerləşdiyi ərazini bombalaması nəticəsində 28 nəfər ölüb, çoxlu sayda şəxs yaralanıb. 

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti