ABŞ mediası: İsrail ABŞ-ın verdiyi bombalarla Qəzzada təhlükəsiz əraziləri vurdu

21:34 22 Dekabr 2023

ABŞ-ın “New York Times” qəzeti və CNN televiziyası İsrailin Qəzzada mülki vətəndaşlar üçün təhlükəsiz olduğu müəyyən edilən ərazilərdə ABŞ-ın verdiyi təxminən 1 ton ağırlığında, yüksək dağıdıcı gücə malik yüzlərlə MK-84 bombasından istifadə etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, "New York Times" qəzetinin süni intellektlə dəstəklənən vizual sübut analizinə əsaslanan xəbərinə görə, İsrail ən böyük və ən dağıdıcı bombalarından biri olan MK-84-dən ilk 6 həftədə mülki şəxslər üçün təhlükəsiz olduğu müəyyən edilən ərazilərdə istifadə edib.

Qəzet Qəzzanın cənubunda peyk görüntülərini skan edən süni intellekt vasitəsi sayəsində bölgədə yaradılan diametri 12 metrdən böyük olan bomba kraterlərini araşdırıb.

Kənan

Sitat.info



Xəbər xətti