Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) kommunikasiya direktoru Juliette Touma, iki ay yarımdan artıqdır ki, İsrailin hücumlarına məruz qalan Qəzzada mövcud vəziyyətlə bağlı açıqlama verib
Sitat.info xəbər verir ki, Touma "BBC Radio 4"ün "Today" proqramında İsrailin 7 oktyabrdan bəri intensiv hava, quru və dəniz bombardmanlarına məruz qalan Qəzzada vəziyyətlə bağlı danışıb.
UNRWA-nın sosial media hesabında da paylaşılan açıqlamada Touma, Qəzzada mövcud vəziyyətin qorxunc olduğunu, əhalinin dörddə biri aclıqdan öldüyünü deyib.
Seymur Bənnayev
Sitat.info