Salyanda maşın aşdı: bir ailənin 4 üzvü xəsarət aldı

10:14 23 Dekabr 2023

Salyan rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü xəsarət alıb.

Sitat.info xəbər verir ki, hadisə rayonun Sarvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Jiquli” markalı avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb.

Qəza nəticəsində bir ailənin dörd üzvü - rayonun Sarvan kənd sakinləri, 1961-ci il təvəllüdlü Gülşən Davud qızı Abışova, 1988-ci il təvəllüdlü Xanım Yusif qızı Abışova, 2010-cu il təvəllüdlü Eşqin Emil oğlu Abışzadə və 1988-ci il təvəllüdlü Emil Həsrətddin oğlu Abışov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.



Xəbər xətti