Hazırda həbsdə tannmış meyxanaçı Rəşad Dağlının qara rəngli "Niva"sı satışa çıxarılıb.
Sitat.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Qeyd edək ki, Rəşad Dağlı 2022-ci il noyabrın 9-da qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqla qətlə yetirib. R.Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, İsgəndərlə görüşə "Niva" markalı avtomobillə gedib.