Vaqif Xaçatryan yenidən hakim qarşısına çıxarıldı

12:24 25 Dekabr 2023

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Sitat.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatı və apellyasiya şikayətinin dəlilləri araşdırılıb.

İş üzrə məhkəmə baxışı 2024-cü ilin yanvarın 7-nə təyin edilib.



Xəbər xətti