Təbrizin qızıl alış-verişi mərkəzi olan məşhur tarixi “Əmir bazarı” tətil aksiyasına başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Bildirilib ki, qızıl alverçiləri və bazarda mağazası olan iş adamları hökumətin cari büdcə ilində qızıl alış-verişi üçün 25 faiz vergi təyin etməsinə etiraz edirlər.
Bununla yanaşı, Həmədan, İsfahan və Tehran şəhərlərində də qızıl mağazalarının tətil etdiyi bildirilib.