Populyar onlayn lüğət Urban Dictionary lüğətə Israeled sözünü əlavə edib. Lüğətdəki mənası, kimsənin başqasına məxsus bir şeyi özününkü olduğunu iddia edərək ələ keçirməsi kimi müəyyən edilir.
Sitat.info xəbər verir ki, lüğətdəki tərifdə deyilir: "Kimsə sizin haqqınızda bir şey paylaşmağınızı xahiş etdikdə və sonra sizi uzaqlaşdırmaq üçün mübarizə apardıqda istifadə edilə bilər".
Nümunə olaraq, aşağıdakı bəyanat daxil edilmişdir:
"Restoranda kimsə masamı bölüşmək istədi. Mən icazə verdim. Bir müddət sonra iclası olduğu üçün məni masadan qovdu. Deməli, mən israilləndim".
Seymur Bənnayev
Sitat.info