Qəzzada səhiyyə sistemi çökür: Şimalda xəstəxana qalmayıb

16:23 25 Dekabr 2023

Qəzzada səhiyyə sistemi çökür. Sıxlığın gündən-günə artdığı xəstəxanalarda vəziyyət nəzarətdən çıxıb. Minlərlə uşaq üçün epidemiyalar ciddi narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında səhiyyə sisteminin vəziyyətinin tam faciə olduğunu bəyan edib.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, İsrailin intensiv bombardmanlarına məruz qalan Qəzza zolağında səhiyyə sistemi çöküb.

Müalicə verən son xəstəxana olan Əl-Ehli Baptist də əlil olub. Qəzzanın şimalında artıq aktiv xəstəxana yoxdur. Qəzzanın cənubundakı xəstəxanalarda tibbi imkanlar çatışmır.

Köçkünlərin xəstəxanalara sığınması və yaralıların sayının artması səbəbindən cənubda xəstəxanalardakı vəziyyət nəzarətdən çıxıb.

Qəzza Səhiyyə Nazirliyi beynəlxalq təşkilatlardan bölgədə səhra xəstəxanasının yaradılmasını xahiş edir. 

Su böhranı davam edir. Təmiz suyun olmaması səbəbindən xəstəliklər sürətlə yayılır. Təmizlənməmiş quyu suyundan istifadə yoluxucu xəstəliklərin artmasına səbəb olur.

Qəzzada hamilə qadınların vəziyyəti günü-gündən ağırlaşır. Qəzzada təxminən 50 min hamilə qadın var. Hər gün 180 körpə doğulur. Birləşmiş Millətlər Təşkilatının nəzdində çalışan həkim və mamaçalar 7 sağlamlıq mərkəzində hamilə qadınlara və yeni doğulmuş körpələrə xidmət göstərməyə çalışırlar.

Ümumdünya Səhiyyə Təşkilatı Qəzza zolağında səhiyyə sisteminin çökməsinin tam faciə olduğunu vurğulayıb.

Nərgiz,

Sitat.info



Xəbər xətti