Çində zəlzələ nəticəsində ölənlərin sayı 149-a yüksəlib

16:52 25 Dekabr 2023

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə həyatını itirənlərin sayının 149-a yüksəldiyi bildirilib.

Sitat.info xəbər verir ki, yerli hökumətin verdiyi açıqlamaya görə, zəlzələdən zərər çəkən qonşu Çinxay əyalətinin Donqay rayonunda torpaq sürüşməsi altında qalan daha bir itkin düşmüş şəxsin cansız cəsədi tapılıb.

Bununla da zəlzələdə həyatını itirənlərin sayı Qansu əyalətində 117, Çinxay əyalətində isə 32 nəfər olub.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti