İsrail yaxın günlərdə Qəzza zolağında quru əməliyyatını dərinləşdirəcək.
Sitat.info xəbər verir ki, “The Jerusalem Post” bu barədə yazır.
Yəhudi Dövlətinin baş naziri Benyamin Netanyahu deyib ki, onlar dayanmırlar və mübarizələrini davam etdirirlər: "Yaxın günlərdə Qəzza zolağında döyüşləri daha da dərinləşdirəcəyik. Bu, uzun döyüş olacaq və bitmək üzrə deyil".
"Mən Qəzzadan yenicə qayıtmışam. Döyüş meydanında ehtiyatda olan hərbçilərin bir diviziyasına baş çəkdim", - baş nazir partiya yoldaşları ilə danışarkən qeyd edib.
"Onların hamısı məndən yalnız bir şey istədi: biz dayanmamalıyıq, sona qədər getməliyik" .
Netanyahu qeyd edib ki, qəzetlər və telekanallar İsrailin] dayanacağını artıq elan ediblər. Lakin biz Qəzza zolağındakı əməliyyatı davam etdirdik", - Nazirlər Kabinetinin rəhbəri əlavə edib.
Baş nazir dekabrın 24-də bəyan edib ki, İsrail Qəzza zolağında hərbi əməliyyatını genişləndirir və anklavda hakim olan Həmas hərəkatı üzərində qələbə çalana qədər müharibəni davam etdirəcək.
Məğrur,
Sitat.info