İran İnqilabı Keşikçiləri Ordusunun komandiri Musəvi öldürülüb

20:09 25 Dekabr 2023

İran İnqilab Keşikçiləri Ordusunun Suriyadakı komandirlərindən olan Razi Musəvinin İsrailin Dəməşq yaxınlığındakı hücumunda öldürüldüyü açıqlanıb.

Sitat.info xəbər verir ki, İranın yarı rəsmi Təsnim Xəbər Agentliyinin məlumatına görə, İnqilab Keşikçiləri Ordusunun yüksək rütbəli komandiri Musəvi Dəməşq yaxınlığında İsrailin hücumu nəticəsində həlak olub.

Öldürülən iranlı komandirin Suriyada “hərbi məsləhətçi” vəzifəsində çalışdığı və 2020-ci ildə ABŞ-ın İraqdakı hücumunda öldürülən iranlı general Qasım Süleymaninin yaxın dostu olduğu bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti