HƏMAS, köçkün fələstinlilərə qarşı qırğınlar həyata keçirən İsrailin “təhlükəsiz zona” ritorikasının yalandan başqa bir şey olmadığını bəyan edib.
Sitat.info xəbər verir ki, Həmas tərəfindən yayımlanan açıqlamada: "Düşmən qüvvələrinin təhlükəsiz bölgə elan edilən yerlərə getmək üçün evlərini tərk edən mülki vətəndaşlara hücumları davam edir. Son olaraq, Əl-Maqazi Qaçqınlar Düşərgəsindəki qırğında əksəriyyəti uşaq və qadın olan 100 həlak olub", - qeyd edilib.
Açıqlamada işğal qüvvələrinin təhlükəsiz bölgə danışığının yalandan başqa bir şey olmadığı vurğulanıb və İsrailin Qəzza zolağında bu günə qədər 1600 ayrı-ayrı qırğınlar törədən Maqazi Qaçqınlar Düşərgəsindəki son qırğınının bunu açıq şəkildə ortaya qoyduğu vurğulanıb.
Kənan
Sitat.info