Türkiyə Səhiyyə Nazirliyi yaralı əsgərlərin vəziyyətini açıqlayıb

23:26 25 Dekabr 2023

"Terror təşkilatları ilə qarşıdurmalarda yaralanan və Ankarada müalicə alan 6 əsgərin ümumi sağlamlıq vəziyyəti yaxşıdır. Şırnakda müalicə alan 9 əsgərdən 2-si tərxis edilib, vəziyyətləri yaxşıdır. Müalicə altında olan 7 əsgərin  vəziyyəti yaxşıdır”.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə səhiyyə naziri Farkettin Koca X sosial media səhifəsində açıqlama verib. 

Fahrettin Koca sosial media hesabında etdiyi paylaşımda deyib: "Terror təşkilatları ilə qarşıdurmalarda yaralanan 15 əsgərimizdən təyyarə təcili yardımı ilə Ankaraya gətirilən, Gülhane Təhsil Və Tədqiqat Xəstəxanasında müalicə olunan 6-sını ziyarət etdim. Şükür Allaha, onların ümumi səhhəti yaxşıdır. Reanimasiya şəraitində müalicə alan əsgərlərimizdən biri normal xidmətə keçirilib. Hazırda reanimasiyada müalicə alan əsgərlərimiz yoxdur".

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti