Sərhədsiz Həkimlər (MSF) İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrində Deyr əl-Belahda iki qaçqın düşərgəsini bombalaması nəticəsində 131 ölü və 209 yaralının Əqsa Şəhidləri Xəstəxanasına gətirildiyini açıqlayıb.
Sitat.info xəbər verir ki, MSF-nin X sosial media hesabında edilən açıqlamada, MSF həkim və işçilərinin yaralılara tibbi yardım və müalicə göstərdiyi bildirilib.
Açıqlamada deyilir: "Dünən Əl-Mağazi və Əl-Bureyc Qaçqın düşərgələrinin bombalanması nəticəsində indiyədək Əqsa Şəhidləri Xəstəxanasına 131 ölü və 209 yaralı gətirilib, gətirilənlərin təxminən yarısı qadın və uşaqlardır".
Seymur Bənnayev
Sitat.info