Keçmiş İsrail kəşfiyyatçısı: "Qəzza müharibəsi üçün qarşıya qoyulan hədəflər real deyil"

23:42 25 Dekabr 2023

İsrail Hərbi Kəşfiyyat Xidmətinin keçmiş rəisi general-mayor Aharon Zeevi-Farkaş bildirib ki, Təl-Əvivin Qəzza zolağında “müharibə üçün qarşıya qoyduğu məqsədlər” real deyil.

Sitat.info xəbər verir ki, “Yediot Ahronot” qəzetinin “Ynet” saytına verdiyi müsahibədə Farkaş İsrail hökumətinin “HƏMAS-ın hərbi gücünü məhv etmək və israilli məhbusları xilas etmək” kimi qarşıya qoyduğu məqsədləri dəyərləndirib.

"HƏMAS-ı məhv etməklə başladıq. Amma indiki mərhələdə böyük problemlə üzləşirik. Əsirləri geri qaytarmadan müharibəni bitirmək mümkün deyil. İsrailin Qəzzada müharibə üçün təyin etdiyi hədəflər real deyil", - Farkaş Deyib. 

Seymur Bənnayev

​​​​​​​Sitat.info 



Xəbər xətti