Peyk fotoları İsrailin hava zərbələrinin dağıdıcılığını ortaya qoyur

23:45 25 Dekabr 2023

“The Washington Post” qəzeti İsrailin Qəzzaya endirdiyi hava zərbələrinin dağıdıcılığını göstərən Qəzzanın peykdən əvvəlki və sonrakı fotoşəkillərini müqayisə edib.

Sitat info xəbər verir ki, "The Washington Post" (WP) öz saytında dərc etdiyi xəbərdə Qəzzanın hazırkı və 7 oktyabrdan əvvəlki fotoşəkillərini müqayisə edib.

Peyk fotoşəkilləri və səhiyyə işçiləri ilə müsahibələrə əsaslanan xəbərdə İsrailin Qəzzada 21-ci əsrin ən dağıdıcı müharibələrindən birini apardığına diqqət çəkilib.

İsrailin Qəzzaya hücumlarında 20 mindən çox insanın həyatını itirdiyi bildirilən xəbərdə ən böyük hücumların havadan edildiyi və bunun nəticəsində bölgənin "dümdüz" edildiyi vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti