Bakıda evlərin girişindən 4 min manatlıq velosiped oğurlandı

09:58 26 Dekabr 2023

Paytaxtın Nəsimi rayonunda 3950 manat dəyərində 3 ədəd velosiped oğurlayan şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində iki evin girişindən 3950 manat dəyərində 3 ədəd velosiped oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Sənan Səfərov saxlanılıb.

Araşdırma aparılır.



Xəbər xətti