Maştağada qız atasını bıçaqladı

09:30 26 Dekabr 2023

Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində evdə ailə-məişət zəminində dava zamanı ata bıçaqlanıb.

Sitat.info xəbər verir ki, 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

E.Xəlilovun qızı tərəfindən bıçaqlandığı bildirilir.

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən qızı saxlayıb.



Xəbər xətti