Livandan atılan tank əleyhinə raketin İsrailin şimalında İkritdə kilsə binasına düşməsi nəticəsində bir mülki şəxs yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
“Bir müddət əvvəl İsrailin şimalındakı İkritdə (Livanla sərhədə yaxın yaşayış məntəqəsi -red) Rum Pravoslav kilsəsinə Livandan tank əleyhinə raket atılıb, nəticədə bir mülki şəxs yaralanıb”, - məlumatda deyilir. deyir.
“Hizbullah BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini pozaraq İsrailin şimalına, o cümlədən mülki ərazilərə və dini obyektlərə atəş açmaqda davam edir”, - mətbuat xidməti əlavə edib.
Ayna,
Sitat.info