İran xarici işlər nazirinin müavini Əli Baqiri prezident İbrahim Rəisinin yanvarın ilk həftəsində Türkiyəyə səfər edəcəyini açıqlayıb.
Sitat.info-nun İRNA-ya istinadən məlumatına görə, xarici işlər nazirinin müavini Baqiri Rəisinin prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə yanvarın ilk həftəsində Türkiyəyə səfər edəcəyini bildirib.
Rəisinin səfəri zamanı Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının da keçiriləcəyi gözlənilir.
Məğrur,
Sitat.info