Yeni Dehlidə İsrail səfirliyi yaxınlığında partlayış olub

21:54 26 Dekabr 2023

İsrailin Yeni Dehlidəki səfirliyi yaxınlığında partlayış baş verdiyi, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Sitat.info xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyinin verdiyi yazılı açıqlamaya görə, axşam saatlarında Yeni Dehli səfirliyi qarşısında partlayış baş verib.

Səfirlik əməkdaşlarının vəziyyətinin yaxşı olduğu, hadisə nəticəsində ölən və yaralananların olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Seymur Bənnayev 

Sitat.info



Xəbər xətti