İsrail ordusunun Livanın cənubuna qarşı həyata keçirdiyi hava hücumunda mülki vətəndaşların yaralandığı açıqlanıb.
Sitat.info xəbər verir ki, Livanın rəsmi NNA agentliyinin məlumatına görə, İsrail qüvvələri Livanın cənubundakı Sur şəhəri yaxınlığında yerləşən Klayla qəsəbəsinə gedən yolu bombalayıb.
Hücum zamanı bəzi vətəndaşlar yaralanıb, avtomobillərə ziyan dəyib.
Qeyd edək ki, İsrail ordusu ilə Hizbullah arasında oktyabrın 7-dən bu yana gedən qarşıdurmalarda 3-ü jurnalist və 3-ü uşaq olmaqla 26 Livanlı mülki şəxs, 126-sı Hizbullah üzvü, 5-i İsrail vətəndaşı və 9-u İsrail əsgəri həlak olub.
Kənan
Sitat.info