ABŞ rəhbərliyi İsveçin NATO-ya üzvlük təklifinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyasından keçməsini alqışlayıb və ABŞ prezidenti Co Baydenin F-16-ların Türkiyəyə satışına açıq dəstəyinin davam etdiyini bildirib.
Sitat.info xəbər verir ki, AA müxbirinin sualını cavablandıran ABŞ Dövlət Departamenti Türkiyənin İsveçin NATO üzvlüyü ilə bağlı atdığı son addımı alqışladığını qeyd edib.
Nazirlikdən verilən açıqlamada deyilir: "Prezident Bayden uzun müddətdir ki, NATO-nun əməliyyat qabiliyyətini artıracaq Türkiyənin F-16 donanmasının modernləşdirilməsinə açıq dəstəyini davam etdirir".
Seymur Bənnayev
Sitat.info