Baş nazirdən Mərkəzi Bankla bağlı qərar

11:15 27 Dekabr 2023

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycan Mərkəzi Bankı qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməsi ilə bağlı mal və avadanlıqların idxalı hallarında gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarından azad edilib.



Xəbər xətti