İmişlidə 10 yaşlı uşaq su kanalında batdı

13:00 27 Dekabr 2023

İmişli rayonunun Qaragüvəndikli kəndində 10 yaşlı uşaq su kanalına düşüb.

Sitat.info xəbər verir ki, İmişli rayonu Qaragüvəndikli kənd sakini, 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyev "Boztəpə" su kanalının İmişli rayonu Qaragüvəndikli kəndindən keçən hissəsində su kanalına düşüb.

Hazırda onun tapılması istiqamətində axtarış işləri davam etdirilir.

Faktla bağlı İmişli Prokurorluğunda araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunaraq axtarış-xilasetmə əməliyyatına başlanılıb.

Hazırda dalğıc-xilasedicilər tərəfindən kanalda batması ehtimal edilən 2013-cü il təvəllüdlü Rasim Vasif oğlu Xankişiyevin axtarışları davam etdirilir.



Xəbər xətti