Ukrayna: Rusiya bu gecə 46 "Şahed" tipli PUA ilə Ukrayna ərazisinə hücum edib

13:41 27 Dekabr 2023

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiya ordusunun bu gecə 46 "Şahed" tipli pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum etdiyini bildirib.

Sitat.info xəbər verir ki, komandanlıqdan verilən açıqlamada Rusiyanın “Şahed” tipli PUA-larla gecə saatlarında Krım və Krasnodar vilayətindən Ukrayna ərazisinə hücum etdiyi bildirilib.

Açıqlamada hava hücumundan müdafiə vasitələrinin Mikolayiv, Odessa, Xerson, Dnepropetrovsk, Vinnitsiya, Zaporojya, Xmelnitski və Kirovoqrad bölgələrində fəaliyyət göstərdiyi, ümumilikdə 46 Rusiya PUA-nın aşkar edilərək 32-nin məhv edildiyi qeyd edilib.

Kənan

Sitat.info



Xəbər xətti